Daha bir şəxs polisə xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin (DİN) m-in mtbuat xidmətindən Modern.az-a bildirilib ki, hadisə iyulun 30-da Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə qeydə alınıb.
Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini Sərvan Yaqubov şərxoş vəziyyətdə xuliqanlıq hərəkətləri törədərkən Cəbrayıl Rayon Polis Şöbəsinin polis nəfəri, polis serjantı Qurban Qurbanova müqavimət göstərib və ona bıçaqla xəsarətlər yetirib.
S.Yaqubov saxlanılıb.