Modern.az

Sabiq baş nazir həbs edildi

Sabiq baş nazir həbs edildi

Dünya

5 Avqust 2021, 10:15

Qırğızıstanın sabiq baş naziri Temir Sarıyev Kumtor layihəsi üzrə cinayət işi ilə əlaqədar həbs olunub. 

 

Bu barədə paytaxt Bişkekin rayon məhkəməsi məlumat yayıb.

 

Hökmə əsasən onun barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib. Belə ki, T.Sarıyev sentyabrın 30-dək həbsdə qalacaq. 

 

Qeyd edək ki, T.Sarıyev 2016-cı ilin 11 aprel tarixində vəzifəsindən istefa verib. O, 2015-ci ötən il mayın 2-dən Nazirlər Kabinetinə başçılıq edib.

 

Baş nazirin istefasına səbəb kimi avtomobil yollarının yenidən qurulması ilə bağlı elan edilən tenderdə yaranan narazılıq olub. Nəqliyyat və kommunikasiya naziri bu məsələdə baş nazirin ətrafını ittiham edib. 

 

Daha əvvəl keçmiş prezident Əsgər Akayev Bişkekə gətirilib. O, bir müddət əvvəl Kumtor mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Bu müqavilənin imzalanması satqınlıq adlandırılır. Kumtor qızıl mədəni Kanada şirkətinə məxsusdur. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi