Liviya Milli Ordusuna məxsus iki hərbi helikopteri Benqazi şəhərində toqquşub.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi öz mənbələrinə istinadən yazıb.
Qəza nəticəsində helikopterlərdən birinin iki pilotu hələk olub.
Toqquşmanın səbəbi açıqlanmır. Hadisə ilə bağlı araşdırma aparılır.