Modern.az

Tələbələr arasında esse müsabiqəsi elan olundu

Tələbələr arasında esse müsabiqəsi elan olundu

20 Sentyabr 2021, 12:40

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir.

 

Modern.az xəbər verir ki, müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir. Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir.

 

Qaliblər pul mükafatı ilə mükafatlandırılacaq.

 

Müsabiqədə iştirak etmək istəyən tələbələr esselərini ([email protected]) e-mail adresinə göndərə bilərlər.

 

Daha ətraflı AFİŞAda qeyd olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir