İranda Müqəddəs Rimpos adına olan erməni kilsəsinin restavrasiya isləri başlanılıb. Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, kilsə bu ilin avqust ayında zəlzələ nəticəsində dağıntıya məruz qalmışdı. Kilsə Təbriz şəhərinin şimal-qərb hissəsində yerləşir.
Arxipiskop Qriqor Civacyanın sözlərinə əsasən kilsənin restavrasiya işlərinə ayrılan xərcləri İranın tarixi abidələrini qorumaqla hökümlü olan agentlik öz uzərinə götürüb. Onu da qeyd edək ki, İran Mədəniyyət Nazirliyi ( İMN )Erməni məscidini dövlət qorunması altında olan dövlət tikililəri siyahısına daxil edib .