Modern.az

Arayik Arutunyan Xankəndidə dindirildi

Arayik Arutunyan Xankəndidə dindirildi

Dünya

5 Oktyabr 2021, 16:54

Qarabağ terrorçularının rəhbəri Arayik Arutunyan Azərbaycanın Xankəndi şəhərində dindirilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, II Qarabağ müharibəsi zamanı, separatçı rejimin rəhbərliyinin yol verdiyi səhvlərin araşdırılması çərçivəsində dindirilib.

 

Ermənistan İstintaq Komitəsi və Baş Prokurorluq müharibədə yol verilən hərbi səhvlərlə bağlı nəzarəti həyata keçirir.

Arayik Arutunyanın yaxın zamanlarda həbs olunacağına dair Ermənistan mediası bir neçə məqalə dərc edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir