Modern.az

Küveytdə qadınlar orduda xidmət edə biləcək

Küveytdə qadınlar orduda xidmət edə biləcək

Dünya

12 Oktyabr 2021, 20:03

Küveyt Müdafiə Nazirliyi qadınların orduda xidmət etməsinə icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Həməd Cabir Əli əs-Sabah qərar imzalayıb.

 

Nazir bildirib ki, vüveytli qadınlar bütün sahələrdə, ölkənin keçdiyi ən çətin şərtlərdə və dövrlərdə kişilərlə bərabər hüquqlu olduqlarını sübut edib.

 

"Buna görə onlara Küveyt Ordusunda xidmət etmə imkanı verməyin vaxtı gəlib" - deyə nazir qeyd edib.

 

Qeyd olunur ki, erkən mərhələlərdə qadınlar Küveyt ordusunun tibb və köməkçi hissələrində kiçik zabit və mütəxəssis kimi xidmət edə biləcəklər.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı