Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 223 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 360 849 nəfərdən test götürülüb, onların 30 362-nin testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 27 352 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 88,56%-nə bir doza, 76,66%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov