Böyük Britaniyada koronavirusun yeni təhlükəli ştamı aşkar olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ay.4.2 adı almış yeni ştam “delta”dan 10-15% daha yoluxucu sayılır. Araşdırma təsdiqini taparsa, Ay.4.2 ştamı tarixdə ən yoluxucu ştam adını alacaq.
Britaniyada virusun yoluxma hallarını 10% artırdığı təxmin olunur. Böyük Britaniya ilə yanaşı, İsraildə də virus 9 yaşlı uşaqda aşkar olunub.