Modern.az

Qubadlı polisinin 1 illik FƏALİYYƏTİ

Qubadlı polisinin 1 illik FƏALİYYƏTİ

Aktual

25 Oktyabr 2021, 09:57

Ötən il sentyabrın 27-də Silahlı Qüvvələrimizin əks-hücumu ilə başlayan və 44 gün davam edən Vətən Müharibəsi tariximizdə əbədi yaşayacaq Zəfərlə nəticələndi. Xalqımız 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımızın azad edilməsi sevincini yaşadı. Oktyabrın 25-də Qubadlı rayonu düşmən tapdağından təmizləndi.
İşğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin Qubadlı ərazisində fəaliyyəti bərpa olundu.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, aradan ötən müddətdə polis əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə nəzarət-profilaktik, təhlükəsizlik tədbirləri keçirirlər:

 

"Belə tədbirlər zamanı Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkar edilib.


Bundan əlavə Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər zamanı rayonun Davudlu, Bəxtiyarlı və Əliquluuşağı kəndlərinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi 7 tona yaxın olan 12 668 ədəd çətənə bitkisi yığılaraq məhv edilib".   

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək