Ermənistan-Gürcüstan sərhədində yenidən zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar oktyabrın 25-də saat 21:00-da Şirak vilayində hiss edilib.
Zəlzələnin episentrində yeraltı təkanların gücü 3 bal, maqnitudası 2,5 olub.
Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci zəlzələdir.
Akif İsmayılov