Modern.az

İsveçdə 21 Azər hərəkatı və Həmrəylik Günü qeyd olunacaq

İsveçdə 21 Azər hərəkatı və Həmrəylik Günü qeyd olunacaq

1 Dekabr 2012, 10:43

Dünya Azərbaycanlıları Milli Birliyi (DAMB) və Dünya Azərbaycanlıları Konqresi (DAK) MDHP sədri, millət vəlkili Fərəc Quliyevi İsveçin Malmo şəhərində 15-16 dekabrda keçiriləcək «21 Azər» hərəkatının 67-ci ildönümü tədbirinə dəvət edib. Dəvəti DAMB başqanı ve DAK-n İdarə Heyətinin üzvü Dr. Cavad Deraxi göndərib. Dəvət məktubunda qeyd olunur ki, DAMB və DAK-ın işbirliliyi ilə 1945-46-ci illərdə Azərbaycanın güneyində baş verən 21 Azer hərəkatının ildönümü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə 15-16 dekabrda İsveçdə «21 Azər hərəkatından Milli Birliyə doğru» mövzusunda elmi-nəzəri konfrans keçiriləcək. Konfransa Avropa, Amerika, Türkiyə və Azərbaycandan dəvət ediləcək önəmli soydaşlarımızın iştirakı gözlənilir. Toplantının qeyrı-rəsmi hissəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan və Türkiyədən dəvət olunacaq sənətçilərin iştirkı ilə davam edəcək.

  Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir