Modern.az

Borçalılardan Azərbaycan hökumətinə təkliflər- SİYAHI

Borçalılardan Azərbaycan hökumətinə təkliflər- SİYAHI

1 Dekabr 2012, 12:33

“Borçalı” Cəmiyyətini Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdikləri miqrasiya problemlərinə dair təkliflər planı hazırlayıb. Modern.az-ın məlumatına görə, bu barədə cəmiyyətin sədri Zəlimxan Məmmədli xəbər verib. O, bildirib ki, son zamanlar Azərbaycan-Gürcüstan sərhət-keçid məntəqələrində ciddi problemlərlə üzləşən soydaşlarımızın narazılıqlarını aradan qaldırmaq üçün xüsusi təklif planı hazırlanaraq Azərbaycanın rəsmi qurumlarına göndərilib. Modern.az həmin təkliflər planını təqdim edir:

1. Xarici ölkədə səfirlik və konsulluğumuzda əmək vizası şöbəsi açılmalı; (xüsusi ilə Gürcüstan, Türkiyə, İran) 
2. Leqal əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə prosedurları sadələşdirilməli; 
3. Ailə üzvlərinin biri ölkə vətəndaşı olanların vətəndaşlıq məsələsi ailənin istəyinə uyğun birmənalı həllini tapmalı; (nigah saxta olmazsa) 
4. Kütləvi cərimələnmə halı aradan qaldırılmalı, qərarın icrası 3 ay müddətinə uzadılmalı, vətəndaşlarla izahat işi aparılmalı;
 5. Gürcüstanda yaşayan Azərbaycan türkləri üçün xüsusi əməkçi miqrant statusu müəyyənləşdirilməli; 
6. İkili vətəndaşlıq haqda 2 dövlət arasında qanunvericilik aktının qəbulu məsələsi müzakirəyə çıxarılsın; 
7. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycana rahat gediş-gəlişini təmin etmək, daha güzəştli şərtlərlə fəaliyyət göstərmək hüququnu özündə ehtiva edən xüsusi, “Soydaşlarımız Haqqında Qanun” qəbul edilsin.

Anar RÜSTƏMOV
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək