Xorvatiyanın paytaxtında zooparkda iki şirdə COVID-19 aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumata görə, şirlərdə koronavirusun olması laboratoriya müayinələri nəticəsində təsdiqlənib. Qeyd olunur ki, bu, Xorvatiyada heyvanlarda COVID-19 aşkarlanması ilə bağlı ilk hadisədir.
Analizlər COVID-19-la bağlı heyvan monitorinqi proqramı çərçivəsində aparılıb.
Akif İsmayılov