Türkiyədə qasırğa nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Modern.az xəbər verir ki, bu barədə İstanbul şəhər administrasiyası məlumat yayıb.
Məlumata görə, qasırğa nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır.
Güclü külək şəhərdə yüzlərlə ağacı qırıb, evlərin damını uçurub.