Bakıda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, noyabrın 24-də Nərimanov rayonu ərazisində “Mercedes” avtobmobildən 10.000 manat pul və sənəd oğurlanıb.
Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qobustan rayon sakini Z.Şirinov və Qubadlı rayon sakini R.Camalov saxlanılıblar.