Türkiyə polisi Osmaniyə, Şanlıurfa və Batmanda eyni vaxtda keçirilən əməliyyat zamanı 6 Suriya mənşəli vətəndaşı saxlayıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxslər PKK üzvləri olub.
Qeyd edək ki, məhkəmənin qərarı ilə şübhəli şəxslərdən 3-ü barədə həbs qətimkan tədbiri seçilib. Digər 3 şübhəli şəxs isə polis nəzarəti altında olmaqla şərti azadlığa buraxılıb.