Modern.az

Mərkəzi Bank banklara vaxt verdi 

Mərkəzi Bank banklara vaxt verdi 

İqtisadiyyat

9 Dekabr 2021, 14:05

2022-ci ilin aprelinədək Azərbaycan banklarına informasiya təhlükəsizliklərini ISO 27000 standartına uyğunlaşdırmaq tapşırılıb.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının IT departamentinin rəhbəri Anar Quliyev Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda deyib.

 

"Bu uyğunluq qaydaları 2021-ci ildə ölkədəki bütün banklarla birgə hazırlanıb və 2021-ci ilin iyununda təsdiqlənib. Bu standartların tətbiqinin çətinliyini nəzərə alaraq biz banklara vaxt vermişik. Bu müddət 2022-ci il aprelində başa çatacaq", - deyə o, bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir