Modern.az
Qəzənfər Həmidoğlu Minsk qrupu illüziyası

Qəzənfər Həmidoğlu

Minsk qrupu illüziyası

29 Avqust 2021, 13:17

Qəzənfər Həmidoğlu

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan politoloqlarında və siyasi dairələrində savaşdan əvvəlki radikal ritorikadan faktiki olaraq əsər qalmayıb. Düzdür, revanşist çağırışlar eşidilir, erməni informasiya məkanı “döyüşün uduzulduğunu, müharibənin uduzulmadığını” təbliğ etməyə çalışır, amma Rusiyanın Ermənistan ordusunu silahlandırmaq və modernləşdirmək vədləri belə erməni cəmiyyətinin məğlub ovqatına entuziazm əlavə etmir.

Hərbi revanşizmin hazırda rəfə qaldırılması və ruslara inamsızlıq fonunda erməni siyasətçi və siyasətşünasları ölkənin hansı acınacaqlı hərbi-siyasi situasiyaya düşdüyünü anlasalar da, postsavaş dövründə Azərbaycanın Ermənistana təzyiq üçün yetərli rıçaqlara sahib olduğunu etiraf etsələr də, reallığı həzm etməkdə çətinlik çəkirlər.

Nəticədə ifrat illüziyalar baş qaldırır, özlərini və cəmiyyəti inandırmağa çalışırlar ki, Qərbin dəstəyi və Bakıya mümkün sanksiyaları, Minsk qrupu və danışıqlar vasitəsilə müharibədə itirdiklərini nəinki müəyyən dərəcədə kompensasiya edəcəklər, hətta indiki status-kvonu dəyişdirə və Azərbaycanın hərbi yolla əldə etdiklərini “sıfırlaşdıra” biləcəklər.

“Böyük Ermənistan” xülyaları ilə zəhərlənmiş erməni ictimai-siyasi fikrinə praqmatik dəyərləndirmənin yad olması bəlkə də normaldır, amma belə ovqat və zəmin Ermənistan rəhbərliyinin real və konstruktiv sülh danışıqları apara biləcəyini problemli edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var