Modern.az

Üç səfir Şuşaya getmədi - Bu demarşa tüpürürük və...

11 İyul 2021, 14:04

Elçin Alıoğlu

Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdəki xarici dövlətlərin səfirləri Şuşaya səfər etdilər.


Rusiya, Fransa və ABŞ səfirləri bu səfərə qatılmadılar.


Mixail Boçarnikov, Zakari Qross ilə Erl Lisenbergerin imtinası əslində siyasi və diplomatik demarşdır.


Bəlkə bu səfirlər Şuşanı "erməni şəhəri" sayırlar?


Rəsmi Bakı belə demarşın və siyasi həyasızlığın müqabilində sözügedən səfirliklərə nota təqdii etməli, Fransa ilə ABŞ-ın həmsədr ölkələr olduqları ATƏT-in Minsk Qrupunu rədd etməli və bir struktur kimi ümumiyyətlə, tanımamalıdır.


Rusiya, Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir.


Azərbaycana qarşı debilizm səviyyəsinə çatan siyasət yürüdən, aşkar ermənipərəst mövqe tutaraq siyasi maniakallıq edən rəsmi Parisin mövqeyi bəlli.


Zakari Qrossun bundan sonra nə deyəcəyi mənimçün əsla önəmli deyil - necə ki, müsyö Qrossu ümumiyyətlə, diplomat və siyasətçi hesab etməmişəm.


Üç səfir Şuşaya getmədi.


Nə olsun, nə dəyişəcək ki?!


Azərbaycanın mövqeyində - heç nə.


Bundan sonra nə baş verə bilər?


Rusiya və ABŞ Azərbaycanla bağlı mövqelərinə dəyişikliklər etməyəcəklər. Kiçik və perspektivsiz Ermənistanla müqayisədə regionun real lideri Azərbaycanla münasibətlər Moskva və Vaşinqton üçün çox önəmlidir.


Fransa? Fransa səfirinin demarşına tüpürürük və unuduruq. Canı cəhənnəmə - Fransa onsuz da, heç nə edə bilmədi və edə də bilməyəcək.


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ölkəmihə növbəti səfərində isə onlarla rəsmi görüşü Bakıda yox, Şuşada keçirmək gərəkdir.


Şuşaya gəlməsələr, Azərbaycanın Minsk Qrupunu tərk etməsini bildirməliyik.


Vəssəlam, Minsk Qrupu adlı mənasız komacıq bununla da bitir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ