Modern.az

Şuşa Bəyannaməsi Cənubi Qafqazı dəyişəcək

16 İyun 2021, 15:43

Elçin Alıoğlu


İyunun 15-də Azərbaycan-Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi Cənubi Qafqazı dəyişəcək.


44 günlük İkinci Qarabağ Müharibəsində MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) NATO-ya birmənalı uduzdu.


Cənubi Qafqazda Rusiya artıq əvvəlki təki hakimi-mütləq deyil. Rusiyanın qarşısında Türkiyə təki çox güclü orduya malik regional supergüc var.


Rusiyalı sülhməramlıların 4,5 ildən sonra Azərbaycan ərazisini tərk etmələri şübhə doğurmur.


Ermənistanın onu dəfələrlə aldatmış və sui-istifadəyə davam edən Rusiyaya inanmaqla Türkiyə və Azərbayanla münasibətləri normallaşdırmaq arasında seçimi var. İkinci variant Ermənistan üçün daha məqbuldur.


Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında hərbi-siyasi ittifaqı, müttəfiqliyi ehtiva etdiyindən Ermənistanın hər hansı formada yeni müharibəyə başlaması onun məhvi olacaq. Rusiya heç bir halda prosesə qatıla bilməyəcək. Çünki bu gündən etibarən Azərbaycana edilən təhdid və təzyiq Ankaraya təzyiq sayılır. Moskva isə ermənilərə görə Ankara ilə münasibətilərini əsla gərginləşdirməyəcək.


Şuşa Bəyannaməsi ABŞ və NATO-nun bölgədə Türkiyəyə tam fəaliyyət kart-blanşı verməsidir. Vaşinqtonla Brüssel Cənubi Qafqazda Rusiyanın önünü kəsən güc qismində məhz Türkiyəni görürlər və Ankaraya bütün istiqamətlərdə dəstək verəcəklər.


Yaxın illərdə, daha dəqiq olsam, 4-6 ildə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı və təminat səviyyəsi İtaliya, Yunanıstan, İsveç səviyyəsinə çatdırılacaq. Ordumuz NATO standartlarına keçidi sürətləndirəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi