Modern.az

8 və 9 may tarixləri-faşizm üzərində Qələbə günləri

8 May 2021, 15:31
Elman Babayev

Azad Şuşanın işğal gününü əbədi olaraq qalib kimi yad edəcəyik!

▪️Təqribən bir ömrün yarısı qədər, 30 ilə yaxın, təqvimi zəbt edən əzəli torpaqlarımızın işğal günlərinin ağrı-acısı, nisgili ilə yaşamışıq. İlin bir neçə ayını çıxmaq şərti ilə hər ay Qarabağın hansısa rayonunun, kəndinin işğal gününü başıaşağı, qüruru tapdanmış, ürəyimizdə Vətən nisgili ilə yad etmişik. İndi isə tamamilə başqa əhval-ruhiyyədəyik, qalib xalq kimi işğal günlərini xatırlayırıq. O qara tarixlər artıq tarixin arxivinə atılıb!

Bu gün təkcə torpaqlarımız azadlığa qovuşmayıb, təqvimimiz də işğaldan azad olunub sanki. Millət olaraq Qürurluyuq, Qalibik! Azad olunan Qarabağın rayonlarının, kəndlərinin işğal tarixlərini tam fərqli ab-havada, düşmən üzərində tarixi zəfər çalmış qalib xalqın nümayəndələri kimi yaşayırıq. Unutmuruq, Qələbə əzmi ilə yad edirik! Necə ki, bu gün 8 may-Qarabağın tacı olan Şuşanın işğal tarixinı yaşayırıq.

Şuşanın işğal gününün əzabını yaşamaqdan xilas olmuşuq. Sanki taleyin ironiyası ilə baş-başa qalmışdıq. 8 may Şuşanın işğal günü, ardınca isə 9 may İkinci dünya müharibəsində faşizm üzərində qələbə gününü qeyd etmək mənən hamıya əzab verirdi. Etiraf etməsək də, düşmən tapdağında olan Şuşanın işğal günündən sonra 1945-ci ilin 9 may qələbəsini bayram günü kimi qeyd etmək ağrılı idi. Düzdür, 9 may faşizm üzərində qələbə günündə Azərbaycan xalqının misilsiz xidmətləri olub və bu gün həmişə yad olunmalıdır. Amma Şuşa tapdaq altında olduqca bu günün də qələbə günü kimi yad olunmasına kölgə düşürdü.

Nəhayət ki, illərin bu acı gedişatı dəyişib. Şuşanın işğal gününü əsl Qələbə əhval-ruhiyyəsi ilə yad edirik, 9 maya da bu ruhda qədəm qoyuruq. Çünki bu gün Şuşa azaddır və Azərbaycanın mədəniyyət paytaxtıdır və Şuşa həmişəlik erməni faşizminin əlindən xilas olub. Bu baxımdan 8 və 9 may tarixləri fəqrli tarixlər, başqa şəraitlərdə baş vermiş hadisələr olsa da, faşizm üzərində Qələbə günləridir: erməni faşizmi və alman faşizminin!

Bu gün Şuşa Azərbaycan bayraqları ilə süslənib. İndi Şuşada hər gün azan səslənir. Şuşada böyük abadlıq-quruculuq işləri aparılır. Şuşa əsl sahiblərinin əlində nəfəs almağa, özünə dönməyə başlayıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşaya səfərlərini izləmək hər bir Azərbaycan vətəndaşında sonsuz qürur hissi yaradır. 44 günlük Vətən müharibəsinin hər bir günü Zəfər günümüzdür! Şuşanın işğaldan azad edilməsi isə bu günlərin başında gəlir. Şuşa kimdədirsə, Qarabağ da onundur!!!

Azərbaycan əsgəri Şuşanı qanı, canı hesabına, əlbəyaxa döyüşlər apararaq azad edib. Prezident İlham Əliyevin çıxışında yer alan fikirlər Şuşanın işğaldan azad olunmasında əsgərimizin hansı qəhrəmanlıqlar göstərməsinə işıq salır: “Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Təkcə Şuşanın işğaldan azad edilməsi əməliyyatı, əminəm ki, tarixdə əbədi qalacaq. Demək olar ki, yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdik, Qarabağın tacı olan Şuşanı azad etdik”.

Ali Baş Komandan vurğulayıb ki, düşmən Şuşa azad edilməmiş müharibənin dayanmayacağını bilirdi: “Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyik. Biz də bilirdik ki, düşmən bizi orada gözləyir. Biz Şuşaya başqa yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər”.

Bu fikirər Şuşa qələbəsinin sevincini, qürurunu ikiqat yaşamağımıza şərait yaradır. Vaxtilə1992-ci ilin mayında- o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanətinin qurbanı olan Şuşa Azərbaycan əsgərinin dünya var olduqca danışılacaq igidliyi sayəsində düşmən tapdağından xilas olub. Azərbaycanın yeni tarixi yazılıb. Qarabağdakı Qələbə günlərimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixə həkk olunub və İlham Əliyev tarixə Qarabağı, Şuşanı azad edən Qalib Sərkərdə kimi düşüb.

Çoxlarının xatirindədir ki, o vaxt ermənilər Şuşadakı öz dırnaqarası əməliyyatlarına “dağlarda toy” adı vermişdilər. 30 ildən sonra Azərbaycan əsgəri düşmənə dağlarda əsl toyun necə olduğunu başa salaraq noyabrın 8-də Şuşanı azad edib. Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılıb. Bütün dünyaya gücünü göstərən Azərbaycan xalqının Qarabağa dönüşü əbədidir! Başa vurmaqda olduğumuz Ramazan ayında, bu müqəddəs günlərdə bizlərə canı, qanı bahasına Qələbə sevinici yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Məhz şəhidlərimizin, həyatda olan qazilərimizn sayəsində bu gün biz qalib xalqıq! Azad Şuşanın işğal gününü də daima qalib kimi yad edəcəyik.

Qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin vurğuladığı kimi, biz Şuşada əbədi yaşayacağıq: “Bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın”.
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı