Modern.az

100-cü GÜN

29 Aprel 2021, 21:33

İbrahim Nəbioğlu


“Bayden qocadır”, - bəli.

“Xərifləyib”, yəni qocalıq marazmı özünü göstərir, - bu da doğrudur.

“Soyqırımı tanıdı, ədalətsizdir”, - ikiəlli razıyam.

Amma…

Baydenin Ağ evdəki 100-cü günü tamam oldu.

Konqres və Nümayəndələr Palatasının ortaq iclasında çıxış etdi.

İlk sözləri “Ölkəmizi yenidən inşa etmək haqda danışmaq üçün gəlmişəm” oldu.

ABŞ, Böyük Böhrandan bu yana ən ağır pandemiya və ən çətin iqtisadi böhranla baş-başadır.

Və arxasınca da belə davam etdi:

“Vəzifədəki 100-cü günümdə ölkəmə deyə bilərəm ki, Amerika yenidən hərəkətə keçdi”…

100 milyon COVID-19 peyvəndi vuracağını söz vermişdi Bayden, 220 milyon doza vuruldu.

Ağ evə gələndə 1.9 trilyon dollarlıq yardım paketi açıqlamışdı.

Bu gün isə 1.8 trilyon dollarlıq Ailə Yardım Planını elan etdi.

***

Bayden daxili siyasətdə xalqın təqdirini qazanmağa davam edir. Xarici siyasətdə isə bunu demək çətindir.

“Çinlə ixtilaf istəmirik, rəqabət etmək istəyirik” deyir;

“Rusiya seçimlərimizə müdaxilə etdi, hökümətimizin işinə siber-hücumlara etdi. Ancaq biz bunlara rəğmən əməkdaşlıq edə bilərik” söyləyir;

Avtoritar rejimlərlə mübarizə aparacağını dilə gətirir.

Ancaq xarici siyasətdə səmimi deyil, qətiyyətli görünmür.

Görək indən belə nələr edəcək.

Yaşayıb görəcəyik…

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir