Modern.az

Ermənistan Azərbaycana qarşı yeni müharibəyə başlaya bilərmi?

28 Fevral 2021, 00:29

Elçin Alıoğlu


Ermənistan gün keçdikcə postsovet məkanın ən zəlil və binəsib dövlətinə, Cənubi Qafqazın Somalisinə çevrilməkdədir.

Problem baş nazir Nikol Paşinyanın istefasında və ya hakimiyyətdə qalmasında deyil.

Ermənistanı idarə edən canlının soyadının necəliyi, özünün kimliyi əsla önəmli deyil.

Bəla erməni cəmiyyətinin zərərli ideologiyadan, mağara millətçiliyindən, sarsaq qisas və mənasız revanş ideyalarından qurtula bilməməsidir.

"Yeni mühariğə olacaq, itirəcəklərimizi geri alacağıq" kimi marazmatik şüarlararı səsləndirənlərsə Ermənistanı intihara sürükləyirlər.

Kabuki və marionetlər teatrlarının qarışığında pyesə baxırıq sanki.

Paşinyanı devirməyə çalışanlara nəzər salın.

Robert Köçəryan - şərəf və ləyaqətini çoxdan itirmiş mankurt, sifətinə ciddi görkəm verən kriminal oliqopoliya mənsubu, oğru və cani.

Serj Sarqsyan - "bambılı" kəlməsinin özüyeriyən nümunəsi.

Vazgen Manukyan - qoca və hiyləgər təlxək, müvəqqəti olduğunu anlayaraq fürsətdən maksimum yararlanmağa çalışan yaramaz.

Artur Vanesyan - ziyalı görkəmli fırıldaqçı, Ermənistanı bütünlklə hərraca çıxarmağa hazır birisi.

General-polkovnik Onik Qasparyan - 2-ci Qarabağ Müharibəsində ermənilərin məğlubiyyətinin "əsas müəllif"lərindən biri, bivec taktik və bacarıqsız strateq, rüşvətxor, yalançı.

Və...

Ermənistan Azərbaycana qarşı yeni müharibəyə başlaya bilərmi?

Ehtimal 0,000000001 faizdir, çünki riyaziyyatda heç vaxt heç nə birmənalı təkzib edilmir.

Amma o savaş Ermənistanın xəritədən silinməsi olacaq.

Ermənistanda Paşinyandan sonrakı baş nazirin kimliyi bizə necə təsir edə bilər?

Heç cür. O vəzifədə olacaq istənilən erməni millətçi, zooloji erməniliyin daşıyıcısı və nümunəsi olacaq.

Başqa variant yoxdur.

Növbəti "yan" nə qədər aqressiv olarsa, Ermənistan üçün o qədər pis olacaq.

Bu qədər bəsit.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ