Modern.az

Diversantlar və hərbi əsirlər - Erməni iddiaları

21 Yanvar 2021, 17:37

Elçin Alıoğlu

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq üçün indi də hərbi əsirlər mövzusunu manipulyasiya obyektinə çevirirb. Lakin bu məsələdə də ölkədə ciddi fikir ayrılıqları, fərqli statistika, hətta ölkə rəsmilərinin verdiyi açıqlamalarda da ziddiyyət özünü kəskin göstərir.

Bəzi rəsmilər 62 nəfərdən danışırlar, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri David Şahnazaryan 235, sosial şəbəkələr isə 500-dən artıq erməni hərbçinin əsir düşdünüyü iddia edirlər.

Ermənistanda əsirlərlə bağlı bir-birinə zidd rəqəmlərin səslənməsi, onların bu mövzudan manipulyasiya üçün istifadə etdiklərini göstərir.

Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib.

Bu gün ermənilərin azadlıq istədikləri şəxslərin isə hərbi əsirlərlə bağlılığı yoxdur.

Söhbət hərbi əməliyyatların dayandırılması haqda imzalanmış Bəyanatdan sonra Ermənistanın diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərdiyi şəxslərdən gedir.

Beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Prezident İlham Əliyev: “Biz azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir... Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

Zərərsizləşdirilən şəxslərin hərbi əməliyyatlardın dayandırılmasından sonra əraziyə göndərildiyini yalnız Azərbaycan yox, Rusiya rəsmiləri də etiraf edirlər. S.Lavrovun son mətbuat konfransındakı çıxışından:

“...Noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarən böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər. Azərbaycan tərəfi bildirib ki, bu insanlar əraziyə hərbi əməliyyatların dayandırılmasından sonra göndərildiyindən, onların məsələsinə ayrıca baxılmalıdır, hərbi əsirlər kimi yox”.

Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.

Terrorçu-diversant qrupun üzvləri isə beynəlxalq humanitar hüququn və Azərbaycanın milli qanunvericiliyinin tələblərinə əsasən hərbi əsir statusu daşımır və onlar barəsində Azərbaycanın CM-nə uyğun məsuliyyət tədbirlərinin tətbiq edilməlidir.

Terrorçu və diversantlar hərbi əsir hesab oluna bilməz!

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi