Modern.az

Rusiya yenə Ermənistanı aldadır

19 Dekabr 2020, 12:41

Elçin Alıoğlu


Lənətə gələsi Sovetlər Birliyi 15 ölkəni problemlərlə üzbəüz qoyub cəhənnəmə vasil olub.

O illərdə sovet rəhbərliyi müttəfiq respublikalar arasındakı sərhədləri normal, ədalətlə müəyyənləşdirsəydi, indi bunca qanlar axmazdı, savaşlar olmazdı, xalqlar bir-birlərinə düşmən kəsilməzdilər.

Çar dönəmindəki Azərbaycanın real ərazinin 1/3-də yaşamağımızın səbəbi sovetlərdir.

Biz yaşayırıq, gələcəyimiz var.

Ermənistanınsa - yox və onlar, tiqranoidlər yaşamırlar, ölməmək üçün mübarizə aparırlar, vurnuxurlar, məhvdən qurtulmağa çalışırlar.

Xəritədə Ermənistan adlanan kvazidövlətə baxın.

Sağ tərəfində düşmən kəsildiyi Azərbaycan. Yuxarıda Gürcüstan. Ermənilər gürcülərlə qardaş olduqlarını, Hayosla Kartlosun (boş yerə Ermənistan "Hayastan", Gürcüstan da "Kartli" adlanmır ki: yəni Hayosun və Kartlosun ölkəsi) desələr də, genasvalelər artıq haylara əsla inanmırlar. Elə inanmadıqları üçün də bilirlər ki, Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsini tiqranoidlər ikinci Qarabağa döndərmək istəyirlər.

Cənub-şərqdə İran: əl-qolunu ABŞ-ın bağladığı, Qərbin boğazına çökdüyü, ərəblərin nifrət etdikləri, ümidini Çinə bağlamış teokratik-klerikal rejimli ölkə.

Cənub-qərbdə Türkiyə: tiqranoidlərin nifrət etdikləri, nifrin və qarğış ünvanladıqları dövlət.

Uzaq şimalda isə Rusiya. Ermənistanın dostu və müttəfiqi olduğunu deyən, amma düşmənə arzulanası bir "dost".

Birinci Qarabağ Savaşından, torpaqlarımızın 20 faizinin işğalından 28 il keçib.

Ermənistan iqtisadiyyatını, cəmiyyətini, ordusunu möhkəmlətmək, normal dövlətə çevrilmək əvəzinə Herodotun, Strabonun, Plutarxın guya yazdıqları, amma əsla tarixdə olmayan uydurma yalanlardan cuşa gələrək illüziyalara qapıldı: ordusunu "məğlubedilməz", hər əsgərini "polad şir" elan etdi.

O ordunu ki, Vətən Müharibəsində darmadağın olundu, "polad şir"lər isə qotur banderloqlar kimi qaçdılar.

Əvəzində Ermənistandakılar ABŞ-ın Los-Aenceles şəhərində minlərlə erməninin küçələrə çıxmasından, Parisin "Vorsax"ı tanımasından, Belçikada deputatların "qarabağlı ermənilər yazıqdır" demələrindən ekstaza düşdülər.

"Joxovurd can, ara, axper can, Karabax merna, ayo!" bağırıb özlərinə təskinlik vermək istədilər.

1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər kütləvi terrora əl atmışdılar. Çar Rusiyası məkrli plan hazırlamışdı, sultan Əbdülhəmid də tora düşmüşdü. Rusiyalı "sülhməramlılar"ı o vaxt Qarsda, Bayaziddə, Vanda görmüşdülər.

Sonra çar Rusiyası dağıldı, çökdü, ruslar Türkiyədən sürətlə geri çəkildilər, ermənilər aldanmış qaldılar.

İndi Rusiya yenə Ermənistanı aldadır, vədlər verir.

Yenə də rusiyalı "sülhməramlılar", yenə də vədlər - eynən 100 il əvvəl Osmanlı Türkiyəsinin şimal-şərqində olduğu kimi.

Amma bu dəfə vəziyyət bir qədər fərqlidir.

Türkiyə qala kimi Azərbaycanın yanındadır.

Rusiya isə... Rusiya isə yenə Ermənistana vədlər verir, üstəlik "Qarabağ Azərbaycanındır" deyib ermənilərə göz ağardır.

Ermənistan problemlərini birdəfəlik çözmək üçün nə etməlidir və ya daha doğrusu, nə etməli idi?

Qarabağdakı ermənilər son nəfərədək çıxmalı, Ermənistana yerləşməli idilər.

Ermənistan bunu edəndən sonra Rusiyaya bəyan etməliydi: "Sülhməramlılara və ələlxüsus da Gümrüdəki 102-ci bazaya ehtiyac yoxdur, getsinlər analarının yanına, biz burada qonşularla çətin də olsa, normal münasibətlər qurmağa, dil tapmağa çalışacağıq".

Çünki 1915-ci ildə kim xəyal edə bilərdi ki, çar Rusiyası çökəcək, 1982-ci ildə kimin ağlına gələrdi ki, SSRİ dağılacaq?

İndisə Ermənistanın taleyi tükdən asılıdır.

Rusiya sülhməramlılarını bir müddətdən sonra Qarabağdan çıxaracaq, ermənilərsə yenə bəlalarla qarşılaşacaqlar.

İndi müttəfiqləri var, Rusiyaya güvənirlər. Amma Ermənistandakılar hələ də dərk etmirlər ki, maniakal inadla və gözlərini bağlayaraq sonlarını yaxınlaşdırırlar.

Könüllü şəkildə.

Suisidalcasına...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir