Modern.az

Tumançaq missiya...

15 Dekabr 2020, 18:00

Qəzənfər Həmidoğlu

Rusiyaya tuş gələn ölkələr kədərli təcrübələrindən üç qənaət hasil edirlər:

 

  • Ruslar abdal, özündənrazı və hətta əbləh görünə bilərlər, amma onların yoluna çıxana dua etməkdən başqa çarə yoxdur (Çörçill)
  • Rusiya ilə düşmənçilikdən daha pisi onunla dostluqdur.
  • Rusiya ilə istənilən saziş onun imzalandığı kağıza dəyməz (Bismark).

 

Bunu yaddaşının bir küncündə hifz edən Rusiya ilə öz oyun düsturunu qurmağa ümid edə bilər...


Əvvəlcədən gözlənilirdi ki, Rusiya Qarabağda ənənəvi yekəbaş, köntöy və nataraz "sülh" taktikası ilə yaxın məramına nail olmağa çalışacaq. Hədəf Şuşanı hansısa formada "anklav"a çevirmək üçün Qarabağın qəlbinə gedən yolda (Xocavənd, Hadrut və Laçın istiqamətində) əngəllər yaratmaq, bu yerləri tam nəzarətə götürmək idi. Axı Şuşanı işğaldan azad edərkən, İrəvana vurulan qapazdan Moskvaya da pay düşmüşdü.

Rusiya missiyası təxribatına düşmən Kəlbəcəri boşaltdıqdan dərhal sonra başlamış və Zəfər paradına doğru ağını çıxarmışdı. Paraddan isə elə hikkələndilər ki, şüşə dükanına girmiş filə döndülər. Ruslar adətən qələt edir və boyunlarına almırlar. Bu, Rusiyaya İvan Qroznıdan miras qalıb. Bolşeviklərin də mükəmməl taktikası idi, amma Putin kitabını yazdı...

Amma bu dəfə səhv etdilər, xəritə məsələsi kor gözünə barmağım - yəni, təxribatı etiraf etmək oldu.

Azərbaycan itkilər vermək hesabına olsa da, bur-iki gün dözdü və Rusiyanı təxribat üstündə yaxaladı.

Ruslar sanki podiumda tumansız qaldılar.

Və ayıblarını örtmək üçün rus hərbi kontingentinin başçısı Rüstəm Muradov öz təyyarəsi ilə Dilqəm Əsgərovla Şahbaz Quliyevi Bakıya gətirməli oldu.

Belə görünür ki, rus ayısı Qafqazda hələ çox "tumançaq" qalacaq...

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok