Modern.az

Prezidentin ritorikası…

24 Noyabr 2020, 10:54

Vasif İsmayıl

Mən "Fəryad" filminə axıra qədər baxmamışam. Qanım götürmədi....o balaca qıza təcavüz səhnəsindən sonra.


O səhnənin gerçəkliyinə inanıram. Zira hələ 1988-ci ildə Şaumyan kənd rayonunun xəstəxanasında yatanda erməni tibb bacısı mənim üzümə "siz türklərin qanı bizə halaldır" sözünü dediyini öz qulaqlarımla eşitmişəm.


Sonra axırını gördük.


Dostlar, erməni insanını bu gün məyus edən əslində onun içində olan nifrətdir.

Biz o nifrətə ortaq olmayaq.


Biz böyüklüyümüzü sübut etdik. Qanla və...rəşadətlə.


Prezident əminəm ki, yüzlərlə dəfə o filmi izlətib və ona görə də öz tvit-lərində "rəşadətli" sözündən istifadə edirdi. Xüsusi bir mövqe alınanda isə "müzəffər" ifadəsini işlədirdi. Belə şeylər təsadüfi olmur.


Dostlar, vallah-billah, rus ordusunun da öhdəsindən gələcəyik. Bu dünyada hələ bizim qədər hiyləgər, fürsətcil, qoluzorlu xalq olmayıb.


İndi müharibə bitdi. Amma diplomatik müharibə başladı. Eyni disiplinlə, eyni cərgə ilə bölgələrimizi məskunlaşdırırıq, qururuq, yaradırıq, insanpərvərlik nümunələri ilə bütün dünyaya örnək oluruq.


Erməniyə güllə atmayacayıq artıq. "Zapravka" verəcəyik, "sex" verəcəyik, sonra da pasport verəcəyik... Qarabağda erməni bizə Naxçıvan yolu üçün lazımdır.


Tədbirli olacağıq!


İnsanpərvər olacağıq!


Dıydıq çağırışlara, erməninin silahına uymacağıq.


"Rəşadətli Azərbaycan ordusu" ləyaqət, cəsarət, tədbir daxil edən anlayışdır. Biz "Fəryad" filmindəki səhnələrə cavab verdik. İndi döymək deyil, yaratmaq zamanıdır.


P.S.
Döyməyi onsuz da bacarırıq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək