Modern.az

Fransa XİN-i bu idiotizminə görə üzr istəməlidir

12 Noyabr 2020, 12:53

Elçin Alıoğlu


Fransanın indiki hakimiyyəti mənə Ermənistanın iki il əvvəlki iqtidarını xatırladır.

Fransa prezidenti Emmanuel Makron eynən iki il əvvəlki Nikol Paşinyan kimi davranır.


Rəsmi Paris aşkar və açıq şəkildə Ermənistanı dəstəkləyir, terrorçuları ruhlandırmağa çalışır.

Fransanın XİN başçısı Jan-İv Le Drian isə, bağıışlayın sərt ifadəmə görə, əsl idiot və debildir.

İdiot olmasaydı, Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr olduğunu unudaraq Azərbaycanla az qala ultimativ tərzdə danışmaz, Ermənistanı dəstəkləməzdi.

Debil olmasaydı, yaydığı bəyanatda Şuşanı "Şuşi" adlandırmazdı.

Drian bunu qəsdən edir, Bakını qıcıqlandırmağa çalışır, qarabağlı terrorçulara "siz tək deyilsiniz" mesajını verir.

Minsk Qrupunda həmsədr dövlət kimi Fransa son 28 ildə münaqişənin çözülməsi üçün heç nə etmədi. Tam əksinə, fransalı siyasətçilər, deputatlar, mass-media mənsubları Xankəndinə sürəkli səfərlər etdilər, oradakı artıq sabiq terrorçu xuntanın rəhbərləri ilə görüşdülər.

Anlayıram, rəsmi Paris üçün Fransadakı erməni diasporunun seçkilərdəki səsləri çox önəmlidir. Nə də olsa, Fransada 460 min tiqranoid yaşayır.

Amma rəsmi Paris Azərbaycanın toponimlərinə aşkar sayğısızlıq edərək ölkə şəhərlərini ermənilərin uydurma adları ilə adlandıraraq marazma yol verir.

Fransa XİN-i bu idiotizminə görə ya üzr istəməlidir, ya da önəmli strateji, siyasi və iqtisadi partnyor qismində Azərbaycanı itirəcəyi reallığı ilə barışmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir