Modern.az

SAVAŞ hələ indi başlayır

11 Noyabr 2020, 10:13

Elçin Alıoğlu

Erməniyə inanmışammı?

Əsla.

Bundan sonra inana bilərəmmi? 
Qətiyyən.

Erməniyə inanmaq bundan sonra yol verə biləcəyimiz ən böyük, fatal səhv ola bilər.

Ermənilərlə birgəyaşam mümkün deyil - yanaşı yaşamaq olar ən yaxşı halda.

Qarabağa gəldikdə isə...

Ermənilər mütləq, amma mütləq qisas almağa çalışacaqlar.

Onlar üçün Azərbaycan "süni yaradılmış dövlət", "qədim erməni torpaqlarındakı köçəri türklərin ölkəsi"dir.

Unutmamalıyıq ki, onlar nəinki "itirdiklərini" geri qaytarmağa - yeni əraziləri işğal etməyə hazırlaşacaqlar.

Bu səbəbdən hərdaim sayıq olmalıyıq.

Ordumuz göz bəbəyimizdir.

Ordu daim güclənməli, ən müasir silah və hərbi texnika ilə təmin olunmalıdır bundan sonra da.

Hər an düşmən təxribatına hazır olmalıyıq və düşmənə rəhm etməməliyik.

Əfi ilana, zəhərli əqrəbə şəfqət olmaz, olmamalıdır.

Tolerantlıq, multikulturallıq, humanizm, inam, etibar, tərəfdaşlıq - bütün bunların erməniyə dəxli yoxdur.

Əksini düşünmək ziyandır.

Savaşın bitdiyini düşünürsünüz?

Yanılırsınız.

Əsl savaş indi başlayır.

Mənimçün bitmədi savaş, bitə də bilməz.

Rusiya və İrana gəldikdə...

Bəli, onlar strateji tərəfdaşlardır, Qarabağ savaşında müdaxilə etmədilər, işimizi asanlaşdırdılar - sağ olsunlar.

Bununla da məsələ bitdi, vəssəlam!

Rusiya və İran qonşularımızdır, mehriban və sayğılı münasibətlərimiz olmalıdır, "Tehran da bizimdir", "Əşşi, Rusiya kimdir", "rus, fars - türkün düşməni" kimi şüarçılığın yeri yoxdur, inanın mənə. Bu iki nəhəng ölkəni özümüzə düşmən etməməliyik.

Amma... bu dövlətlərə inanmamalıyıq.

Sadəcə, bir ölkəyə sonsuz inam, etimad və etibar olmalıdır.

O ölkə Mustafa Kamal Paşamın qurduğu Cumhuriyyət, can Türkiyəmdir.

Bir millət, iki dövlətik.

Rusdilliyəm, bilirsiniz.

Rusbaşlı deyiləm. Və bu ölkə, bu ulus, bu məmləkət öz yolunu gedib, gedir və gedəcək.

Bu can, bu qan Vətənimə fəda.

Pafos deyil - soyuqqanlı, iliyimədək rasional biriyəm, bunu da bilirsiniz.

Fəqət ki, bir daha təkrar edirəm - SAVAŞ hələ indi başlayır.

Qəzamız mübarək!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir