Modern.az

35 günlük fəaliyyət və tarixə qızıl hərflərlə yazılan ad

2 Noyabr 2020, 11:23

Vüqar Tofiqli

Sentyabrın 17-dən doğma kəndim Quzanlıda idim. Həyət-bacada təmizlik işləri görür, həyəti kol-kosdan təmizləyir, qışa hazırlıq işlərini görür, qısası həyətimizdə səliqə-səhman yaratmağa çalışırdım. Özü də tək yox, ailə üzvlərimlə birgə.

Açıq etiraf edim ki, 26 sentyabrda əmioğlunun şəxsi işi ilə əlarədar onunla birgə Tərtər rayonunun Bəymsarov kəndinə gedərkən qarşılaşdığım hərbi texnikanın hərəkəti məndə nə isə bir narahatlıq yaratmamışdı.

Ancaq 27-si səhər ermənilərin növbəti xəyanətinə misili görünməmiş cavabın verilməsi gördüyüm texnkaların hansı səbəbdən yerdəyişdiyini başa düşdüm.

Düzdür 27-də səhər baş verənlər, müxtəlif mərmi səsləri mənə hələ 92-93- cü illərdən tanış idi. Odur ki, bu mənə elə də çöçün gəlmədi. Amma indiki səslər daha fərqliyidi, daha sərrast idi, daha zəhmli və daha əzəmətli idi.

Artıq axşam Ali Baş Komandan alınan bir sıra kəndlər barəsində danışanda hiss etdim ki, yeni tarixi dövrə qədəm qoyduq. Yəqin bu tarixin şahidləri zaman gələcək bu günlərin hər biri barəsində bir tarixi sənədli əsər ortaya qoya biləcək.

Bu gün artıq o gündən 35 gün keçib. Bu günlər ərzində işğal altında 200- dən artıq kəndi, xüsusəndə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, strateji əhəmiyyətli Hadrut və Suqovuşan qəsəbələrini müzəffər ordumuz erməni işğalından azad edib və digər əraziləridə azad etməkdə davam edir.

35 gündə ölkə başçısının atdığı bütün addımları, verdiyi müsahibələri, hətta bəzi xarici jurnalistlərə keçdiyi master-klass dərslərə baxsaq, demək ölkə başçısı vəzifədə olduğu 17 ildə əldə etdiyi təcrübəsini məhz bu gün üçün saxlayıb və indi israfçlığa yol vermədən xalqının azadlığı, inkşafı və ən əsası hər bir vətəndaşının başının dik tutaraq hərəkət etməsi yolundan xərcləyir.

Bu 35 günlük fəaliyyətiylə Azərbaycan Prezidenti hər bir Azərbaycanlının qəlbində öz adını qızıl hərflərlə yazdıra bildi, bunu bacardı. Eşq olsun!!!

***

Gəncə qətliamından iki gün sonra Gəncə şəhərində idim. Dostlarımın sayəsində mərmi düşən yerlərin hər birinə baxdım. Şəhər yerində idi. Köhnə mədəniyyət evinin yanında top mərmisi düşsə də partlamamışdı. Amma yaşlı insanlar yaxınlıqdakı çayxanada çay içir, vəziyyəti müzakirə edir, belə səslərə fikir də vermirdilər.

Ən dəhşətli məqamlar isə qarşıda idi. Dərinliyi 2, 3 və hətta 4 metrə çatan ballistik mərmilərin yaratdığı çökəkliklər və mərmilərin hava dalğası 200 metrlik məsafədə salamat heç nəyi saxlamamışdı. Onlarca gəncəli bir gecə də qətlə yetirilmişdi. Özü də gecə vaxtı. Bu əsil qətliam idi.

Bizim bu hadisə yerlərinə baxış zamanı Gəncədən seçilmiş millət vəkili Pərvin Kərimzadə bir qrup xanım QHT sədrinə vəziyyətlə bağlı bir qədər kövrək səslə qətliam haqqında danışırdı, ancaq qürurlu görünürdü. Daxilindəki ağırını acını hiss etdirməməyə çalışırdı....

Cavad xan sanki Azərbaycanın müstəqilliyi uğrunda cəngavər gəncəlilərlə imperiya siahlılarıyla mübarizədə şəhid olmuşdularsa, bu gün Azərbaycan Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə atılan addımlar Qarabağı düşmən tapdağından təmizləməklə sanki Cavad xanın və bu gün ermənilər tərəfindən qətlə yetirlmiş gəncəlilərin qisasını almaqla ruhlarını şad edir.

BELƏ SƏRKƏRDƏYƏ, BELƏ ALİ BAŞ KOMANDANA SADƏCƏ EŞQ OLSUN DEYİRƏM!!!

***

Bir müddət sonra Bərdə qətliamı baş verdi. Yenə Bərdədə oldum əraziləri gəzdim. Şəhər yerindəydi. Hamı qisas almağa tələsirdi. Sanki bu qətllərlə erməni həm acizliyini göstərdi, həm daxili erməniliyini nümayiş etdirdi, həm də ehtimal olunan birgə yaşayış körpüsünü uçurmuş oldu.

***

Bəli,biz bəzi məsələlərə çox qısa şəkildə toxunduq. Vaxt gələcək bütün bu prosesləri daha geniş təhlil edəcəyik. İndi isə əsas məqsədimiz Şuşamızda, Ağdamımızda, Laçınımızda və Kəlbəcərimizdə üçrəngli bayrağımızı dalğalandırmaqdır.

İnanıram ki, onu da müzəffər Azərbaycan Ordusu öz Ali Baş Komandanının qətiyyətiylə yaxın günlərdə bacaracaqdır...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir