Modern.az

Akademikə ünvanlanan suallar

4 Sentyabr 2020, 11:46

Vüqar Tofiqli


Dəyərli ziyalı Rəşad Məcidin son günlər cəmiyyətdə dolaşan fikirlərlə bağlı mülahizələrini və Milli Məclisin sədr müavini Adil Əliyevin müsahibəsini oxumasaydım yəqin ki, bu yazını da qələmə almayacaqdım. Dünən BNA rəsmisinin axmaq bir fikri gündəmə müəyyən mənada  rəng qatsa da, əsas movzu yenə də akademik Ramiz Mehdiyevin nəvəsinə etdiyi toy məclisi ətrafındakı müzakirələri səngitmədi və akademikin tələm-tələsik  qələmə aldığı dörd yazının müzakirəsi yenə gündəmi zəbt etmiş oldu.

***

Mətləbə keçməzdən əvvəl pedaqoji fəaliyyətlə məşğul olduğum zaman qarşılaşdığım maraqlı bir hadisəini oxucularımla bölüşmək istərdim. Demək, ilk dəfə müəllim kimi qədəm qoyduğum dördüncü  sinifə atamın əsgərlik yoldaşının və kəndiçimizin sonbeşik ərköyün qızı da dərsə gəlirdi. Açığı, sinifdəki uşaqlar çox zəif və oxumağa meylli olmayanlar idi. Mən isə uşaqlara rus dilini tədris etməliydim. Atamın əsgərlik yoldaşı isə bir müddət əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişmişdi. Və məndə bu  ailəyə hörmət olduğundan daim bu qıza dərsə cavab verməyə qaldırır, öyrətməyə, dərsə həvəs yaratmağa çalışırdım. Və sinifdəki digər uşaqlardan fərqli olaraq bu qıza daha çox diqqət yetirirdim ki, öyrənsin, oxusun, əlaçı olsun, yararlı bir insan olsun. Amma qız oxumağa heç meylli deyildi. Hər dəfə dərsi öyrənmədiyindən mən də pedaqoji üsullardan istifadə edib onu tənbeh edirdim. Təkidlə dərsə qaldırmağım qızı bir gün  təngə gətirdiyindən mənə konkert cavab verdi: “Ay müəllim,  elə məni görmüsünüz, dərsi elə tək mən oxumamışam, dey haa bunlar da oxumayıblar dəəəə... Bunlardan niyə soruşmursunuz...”.

Beləcə həmin gün yaddaşımda dərin izlər buraxdı. Demək bu qıza olan diqqətim hələ ona çatmayıb. Demək mən hələ çox işləməliyəm. Həqiqətən növbəti siniflərdə həmin  qızda oxumağa həvəs  axır ki yarandı.

***

Mətləbə keçim. İndi akademik dörd yazısında təkrar etdiyi bir məqam, yəni yeznəsinin qoluna qandal vurulub məhkəməyə gətirilməsi məsələsini yazanda nədənsə  yadıma məhz   dərs dediyim qızın bu sözlərini xatırlatdı.  Ancaq o vaxtı o qızın on yaşı var idisə, bu gün akademikin 83 yaşı var. Nədən akademik hər dəfə bu qandal məsələsini gündəmə gətirir. Çox maraqlıdır. Yəqin ki, səbəbini özü bilməmiş deyil.

Ancaq bu gün mənim diqqətimi qandal məsələsi yox, daha çox akademikin qələmə aldığı digər fikirlərdir. Fikirlər yox, daha doğrusu dirəniş göstərdiyi məqamlardır. Bu gün o yazılarda hörmətli akademik öz səhvlərini  etiraf edib, qurduğu idarəçilik piramidasındakı boşluqları göstərsəydi fikrimcə daha yaxşı olardı. Amma hiss olunur ki, Ramiz müəllim öz səhvlərini sanki paylaşmaq istəyir, bu istiqamətə heç toxunmur.

Bu arada isə akademikin idarəçilik piramıdasında süni şəkildə yaratdığı boşluqlar barəsində bəzi  diqqətimi çəkən məqamlara, xüsusəndə yerliçilik, qohumbazlıq və digər məqamlara toxunmaq istərdim.

Hörmətli akademikə sual etmək istərdim - bu gün həbsdə olan altı icra başçısının ölkənin birinci şəxsinə təqdimatını Siz etməmisinizmi? Bu gün onların üst-üstə hələ nəqd şəkildə müsadirə edilən milyonlarla manat büdcədən oğurladıqları  pullardan, o kadrların seçilməsində, onlara qurama sv düzəldilməsdindən həqiqətənmi xəbəriniz yox idi? Və deməliyəm ki, bu gün Sizin dövrünüzdə təyinat alanların demək olar ki, böyük əksəriyyətinin xarakteri məhz həbs edilənlərdən fərqlənmir. Niyə icra başçılarının seçimində yerliçilik, qohumbazlıq şərtlərinə daha çox diqqət yetirilib? Bəlkə buna cavab verəsiniz. Nədən təyinat alanların böyük əksəiyyyəti ancaq və mütləq şəkildə bir yerdən olmalı və ya o bir yerə qohum olmalıydı? Məgər bundan xəbəriniz yox idimi? Mən hələ bələdiyyə sahəsində yaranan süni problemlər haqqında danışımıram.

Məgər Şuşada, Ağdamda, Gəncədə, Göyçayda, Lənkəranda  və digər regionlarda  məmur  “yetişmirdimi”? Məgər Qarabağdan ancaq oxuyan çıxmalı, cənubdan molla çıxmalı, digər yerlər isə Allah ümidinə qalmalıydı?

Niyə Sizin də xidmət etdiyiniz Ulu Öndərin çoban, saatsaz və digər sahələrdə dostu olduğu halda, belə prinsipin daim yolverilməz olduğunu dilə gətirdiyi halda, bu məsələlərin həlli etimad göstərilib Sizə həvalə ediləndə baxış bucağı dəyişdi?

Bu məsələlərə aydınlq gətirsəydiniz Sizə bəri başdan təşəkkür edərdim. Hər halda buraxılan səhvləri etiraf etmək özü bir alicənablıqdır.

***

Mən çox istərdim ki, bu müzakirələrdə fəxri ad  və ev alanlarımızdan çox cəmiyyətin qəbul etdiyi insanlar    daha yaxından iştirak etsinlər. Sabiqlərin müzakirələrə qatılmasının heç bir əhəmiyyəti yoxdur. Çünki onlara nə vəzifədə olanda, nə də ki indi elə də inam və etibar yoxdur, olmayıb  və bundan sonrada olmayacaq. Mən isə sadəcə bir ziyalı olaraq istədim öz fikrimi bildirim. Hökumətimizdən də nə fəxri ad, nə ev almışam, heç belə bir  niyyətim də olub. Qaldı ki, hörmətli akademikə, mənə elə gəlir ki, yaşının müdrik vaxtında belə müzakirələri açmaqdansa,  vaxtını nəvələrinə həsr etsəydi daha yaxşı olardı.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI