Modern.az

Adam var ki, adamı var, adamlığı yoxdur...

15 İyun 2020, 10:47

Firuz Mustafa

* Adam öldürən bir adamı cəmiyyətə qəhrəman kimi də təqdim etmək olar, cinayətkar kimi də. Bu, təkcə ölənin və öldürənin kimliyindən deyil, həm də onun ictimaiyyata təqdimatdan, hə, bir də həmin adamın “adamından”... asılıdır.

* Аdаm kimi dаnışа bilmir, quş dili öyrənir.

* Adam həm sevincdən ölə bilər, həm də kədərdən. Əsas məsələ
budur: qaçmaq mükün deyil qəzavü-qədərdən.

* Adam hərdən özünü öz baş daşından asmaq istəyir.

* Adama hərdən ağıl da lazım olur.

* Adamlara yaxınlaşsa da, adamlıqdan çox uzaqdır.
* Аdаmın bаşındа аğıl аdlı bir şеy оlmur. Bunu bеyində cərrаhiyyə əməliyyаtı аpаrаn məçhur həkimlər dəfələrlə sübut еdiblər.

* Аdаmlаrın çoxu mеymundаn əmələ gəlsələr də, az qala hamısı pələngə охşаmаq istəyir.

* Adamların çoxu dünyaya bircə dəfə gəldiklərini unudurlar. Unutmasaydılar Allahın cəmi bircə dəfə verdiyi o ömrü adam kimi yaşamağa çalışardılar.
* Adamların bəzən həddindən artıq ağıllı görünmək cəhdi onları axmaq vəziyyətə salır.

* Adamları nəinki üz-gözündən, hətta kölgəsindən tanımaq olar.
* Adamlar adamına və adamlığına görə dörd cür olur:
Birincisi. Adam var ki, adamı var, adamlığı yoxdur.
İkincisi. Adam var ki, adamlığı var, adamı yoxdur.
Üçüncüsü. Adam var ki, həm adamı var, həm də adamlığı.
Dördüncüsü. Adam var ki, nə adamı var, nə də adamlığı.

P.S. Ta mən deyə bilmərəm ki, bu adamların yaxşı hansıdır, pis hansıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi