Modern.az

Mühasirə

15 Mart 2020, 20:29

İbrahim Nəbioğlu


Çevrə yavaş-yavaş qapandı. Mühasirənin halqası tamamlandı. Artıq Türkiyəyə nə gəlmək mümkündür, nə də burdan getmək. Koronavirus artıq şəhərlərin, ölkələrin deyil, bütün planetin həyatına qeyri-səlist bir format atdı. Türk Hava Yolları dünyanın dörd bir tərəfindən vətəndaşlarını ölkəyə qaytarmağa başlayıb. Bu missiya da sabaha bitdimi ölkə ətraf dünyadan izolyasiya olunacaq..

Çətindir, insanı incidir, içini paralayır. Niyə belə oldu, harda qırıldı zəncir və kim qırdı bu zənciri? Diqqət edirsizmı, ən kiçik hadisədə, orta şiddətli bir fəlakətdə tez suçlu tapılır, bütün günahlar atılırdı onun üstünə. Bu dəfə isə kimsə səsini çıxarmır, hamı içinə qapanıb, olub-bitənləri, daha doğrusu olacaqları düşünməyə çalışır..

"İstanbuldan getmək çətin" yazmışdı Rauf Muradov mənə göndərdiyi bir şeirində. Ortaköy sahilində saatlarla gəzib, söhbət edib, "Konyalı Ahmet Usta" adlı "salaş" bir lokantada yemək yemişdik. "Gülpembe" çalırdı sınıx-salxaq radioda, Rauf duyğulanmışdı. "Ekmeyinin bu kadar tuzlu olduğunu" bilməzdim yazır şeirində, ancaq mən bilirəm, yanındaydım və keçirdiyi həyəcanı, içindəki fırtınanı hiss edirdim.

İngiltərəyə qayıdandan sonra o günün təəssüratı ilə aşağıdakı şeiri yazmışdı Qaraişıq təxəllüslü Rauf. 3 il əvvəl yazılmış bu şeiri əziz dostum sanki bu günləri görüb qələmə alıb. Ancaq bu dəfə İstanbuldan getmək də çətindir, İstanbula gəlmək də…

İstanbula gəlmək asan,
çıxıb getmək çətin, İbrahim!
Yenə,
Gedəmmədim Konyaya,
Ziyarətə...
Dedim,
Gedim barı Ortaköydə
Konyalı Ahmet ustanın
Ekmeyin yeyim...
Qoymadılar ama.
Barış Manconun "Gülpembe"sin
çalırdılar skripkada !
Bilməzdim Ahmet ustanın
ekmeyinin bu kadar tuzlu olduğunu...
Qarson,
iki tane gülpembe ver
Qoyum kipriklerimin altına...

İstanbul
31/03/2017
Rauf Muradov (Qaraişıq)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok