Modern.az

Top - Xatirələr bir neçə sətirdə...

6 Noyabr 2019, 15:21

Mülatif Adurov

“Turizm və təhsilin inkişafına dəstək” İB-in sədri



Gənclik hərtərəfli inkişaf  etməlidir. Təkcə idmanla məşğul olmaq azdır. Gərək təhsilə diqqət yetirilsin, həm də mənəvi cəhətdən də inkişafa cəhd göstərilsin.


Gənclərin əksəriyyəti futbol və voleybolla məşqlərə çox vaxt sərf edir. Bu yaxşıdır. Amma mən “top” sözünü eşidəndə sevinirəm də, kədərlənirəm də. Bunu xatirələrimlə nəzərə çatdırmaq istəyirəm.


Futbol-voleybol topu. Uşaqlığımdan şahmat şəkilli dəri topa həsrət qalmışdım. Orta məktəbi bitirdikdən bir qədər sonra Bakıya qəbul imtahanlarına gəldim. Qardaşımın qaldığı ümumi tələbə yataqxanasında qalırdım. Yay tətili olduğuna görə tələbələr hərə bir yerə yollanmışdı. Cəmi 20 manat pulum vardı. Hər gün ancaq qara çörək (o vaxt ucuz idi) və ən ucuz “krakovskaya” kolbasası alırdım. Hamıdan gizlində yeyirdim. Beləcə, 17 gündə cəmi dörd-beş manat xərclədim. Balım çatmadığına görə yenidən Bərdəyə qayıdası oldum. Qalan 15 manata futbol-voleybol topu aldım. Gecələr də az qalırdım topu başımın altıda qoyub yatım. Çalışırdım onu heç ayaqla vurmayım, toz , palçıq olar üstü.


Beləcə, illərlə topu əzizlədim, ailəmiz Bakıya köçəndə günüm-güzəranım həmin topla keçərdi. “Bakı” qəzetində yazılarım çıxırdı. Günümün saatları redaksiyada keçirdi. İşim olmayanda “Azərbaycan” nəşriyyatının qarşısında saatlarla top çiləyirdim. Hamı ətrafda toplaşıb mənə baxırdı. Elələri vardı ki, binaya keçib fasiləyə çıxanda da məni top çiləyən görürdü. Deyirdilər ki, “səndən yaxşı futbolçu çıxar”.


Ancaq tale elə gətirdi ki, qəzetçi oldum, arabir futbol oynayırdım. Bir gün dostlarımdan biri xahiş etdi ki, topumu onlara verim həyətdə oynasınlar. Verdim. Az keçməmiş həyətə çıxıb onlara baxdım. Hamısı bir yerə toplaşmışdı. Dostlarımızdan biri mənə yaxınlaşdı ki, oyunçulardan kiminsə ürəyi gedib, infarktdan qurtara bilmədik. Topa məhəbbətim büsbütün itdi. Tale elə gətirdi ki, nifrət etdiyim infarkt məni də yaxaladı. Xəstəxana, reanimasiya-palatalar məni təngə gətirmişdi. 12 gündən sonra evə yazıldım: yenə iynələr, çoxlu dərman ... Görək necə olur.


Bir növ top daha dəhşətlidir. Artilleriya topu. Onun barıtları Suriya sərhədlərini viranə qoyub. Belə toplar birdəfəlik susdurulmalıdır, sərhədlərdə təhlükəsiz gediş-gəliş yaradılmalı, xalqlar dostluq şəraitində yaşamalı, tez-tez tələbələrin xarici ölkə gəncləri ilə mübadiləsi təşkil edilməli, müəllimlər öz təcrübələri ilə biri-birini tanış etməli, bir sözlə, təhsilə öz töhfələrini verməlidirlər. Bunlar geniş vüsət almalıdır. İctimai birlik olaraq biz də öz növbəmizdə turizm və təhsilin inkişafına hərtərəfli dəstək olmağa çalışırıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ