Modern.az

Prezidentin öldüsü-qaldısı barədə ziddiyətli xəbərlər...

Prezidentin öldüsü-qaldısı barədə ziddiyətli xəbərlər...

Aktual

18 Dekabr 2012, 17:44

İraq prezidenti Cəlal Təlabaninin səhhəti ilə bağlı müxtəlif məlumat yayılmaqdadır.  Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Təlabaninin ölməsi haqda məlumat yayılsa da, sonrada bunun həqiqət olmadığı bildirilib. Rəsmi açıqlamada prezidentin ölmədiyi, hazırda xəstəxanada həkim nəzarətində olduğu qeyd olunur.
Bildirilib ki, Təlabani yorğunluqdan qaynaqlanan sağlamlıq problemləri ilə əlaqədar dünən axşam saatlarında xəstəxanaya yerləşdirilib.  Həkimlər prezidentin səhhəti ilə bağlı hər hansı açıqlama verməsələr də, onun beyin qanaması keçirdiyi, hazırda komada olduğu qeyd edilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir