Modern.az

Modern.az söz göyərdən məkandır

1 Sentyabr 2019, 13:22

Aida Eyvazlı


Bu gün Azərbaycanın müasir mətbuat tarixində əbədi iz qoymuş Modern.az saytının 10 yaşı tamam olur. Qlobal informasiya məkanında özünün dəsti-xətti, yeni layihələrlə oxucuları heyrətləndimə və geniş oxucu auditoriyası toplamaq bacarığı, bu saytı minlərin və milyonların sevimlisinə çevirə bilib.

Mənim üçün Modern.az saytı ilk növbədə ona görə doğmadır ki, 2010-cu ildə qızımın ilk və uğurlu qələm təcrübəsini, Tailand və Bangkong haqqında yazdığı xatirələrini öz səhifələrində çap etməklə, mənə övlad uğurunun sevincini yaşatdı. Daha sonra isə mütəmadi olaraq yazmaq vərdişimi özümə qaytarmaqla, günü bu gün də tribunama çevrildi. 2016-cı ilin aprel ayındakı aprel döyüşü qəhrəımanlarının həyat salnaməsini hər gün bu sayt vasitəsi ilə dünyaya yaya bildik. Azərbaycanın döyüş, şərəf tarixini Modern.az saytı qədər kimsə yazmadı .Bununla da  ölkəmizdə şəhidlərimizin xatirəsinin yaşadılması üçün yeni ənənənin əsasını qoydu.

Modern.az saytı bir məktəbdir. Mətbuat mühitimizə ayaq açdığı ilk gündən ilklərə imza atır. Onun səhifələrində, dar otaqlarında yazmaq öyrənənlərin bir çoxu indi aparıcı media qrumlarında çalışırlar.

Modern.az ilkləri bacarır. Onun yeni budağı olan Azedu.az saytı  təhsil sahəsində sözün əsl mənasında yeniliklər edir. Təhsilimizin axsayan sahələrinə işıq tutur.

Modern.az  İŞIQDIR. Həm könlümüzə, həm mənəviyyatımıza, həm duyğularımıza. Bu saytda ölkəmizdə və ölkəmizin hüdudlarında olan ziyalılar öz könül duyğularını, elmi yazılarını, tariximizin şəxsiyyətləri haqqında xatirələrini çox rahat şəkildə bölüşə bilirlər.

Və bütün bunlar Modern.az-ı ərsəyə gətirən iki ləyaqətli və qeyrətli, təmkinli, heç bir qaranlılq məqamlarda adları hallanmayan, güzgü kimi Vətən oğularının sayəsyində başa gəlir.  Elşad Eyvazlı və Əfqan Qafarlı. Onların Namidə Bingölə, Gülşən Raufqızı, Qafar Ağayev, Vüqar İsmayılov kimi gənclərə verdikləri geniş meydan, həmin jurnalistlərin də püxtələşməsinə, söz sahibi olmasına münbit bir söz göyərdən məkan olub. Gözəl və ləyaqətli kollektivin özü də bir ailədir. Modern.az toylar, büsatlar evidir. Burada tanış olanlar ailə qururlar. Modern az Vətənimizin söz göyərdən, ləyaqətli jurnalist yetişdirən İŞIQ odasıdır. Yaşınız QUT olsun!!!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…