Müsavat Partiyasının Gənclər Təşkilatını sədr müavini Nigar Yaqublunun məhkəmə prossesi başa çatıb.
Modern.az-ın məlumatına görə, bu gün Abşeron Rayon Məhkəməsində hakim İlham Kərimlinin sədrliyilə keçirilən prossesə yekun vurulub.
Uzun sürən məhkəmə prossesindən sonra hakim Nigar Yaqubluya hökm oxuyaraq, ona 2 il 6 ay müddətinə məntəqə tipli həbs cəzası kəsib. Belə ki, gənc fəal cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.
Qeyd edək ki, Müsavat Partiyasının üzvü Nigar Yaqublu avqustun 25-də Aydın Acalovun ölümünə səbəb olan avtomobil qəzası ilə bağlı günahkar bilinmişdi.
Anar RÜSTƏMOV