Modern.az

2000-dən çox şəxsin əmək pensiyası əskik HESABLANIB

2000-dən çox şəxsin əmək pensiyası əskik HESABLANIB

İqtisadiyyat

11 Yanvar 2022, 12:24

Son bir-iki il ərzində 2000-dən artıq şəxsin əmək pensiyasının əksik ödənildiyi aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev "Sosial saat" verilişində bildirib.

 

O bildirib ki, nəticədə bu şəxslərin əmək pensiyaları təkrar olaraq, yenidən hesablanıb. Pensiya məbləğləri orta hesabla 633 manatdan 739 manata qədər artırılıb.

 

"Həmin kontingentə keçmiş dövr üzrə ödənilməli olan 3 milyon manatdan artıq vəsait hesablanıb. Həmin vəsait də qanunverciliyin tələblərinə uyğun olaraq ödənilməkdədir” , - deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik