Modern.az

Elşad Abdullayevin videosundakı hakim cəzalandırıldı

Elşad Abdullayevin videosundakı hakim cəzalandırıldı

Təhsil

14 Yanvar 2013, 17:26

Fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin videogörüntüsünü yaydığı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin səlahiyyətlərinə xitam verilib.

Modern.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının yaydığı məlumatda bildirilib. Rəsmi məlumatda qeyd edilib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı başlanılıb.

Nəticədə Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok