|
Qeyd edək ki, Təlimat aşağıdakı hallarda «qara siyahı»dan çıxarılmanı nəzərdə tutur:
- MŞ-nin müvafiq qərarının qəbulundan ötən 1 (bir) il müddətində etik prinsiplərin pozulması ilə əlaqədar barəsində MŞ-yə əsaslı şikayət və müraciətlər daxil olmadıqda;
- Azərbaycan Mətbuat Şurasının müvafiq qərarının qəbulundan sonrakı 1 (bir ) il müddətində Şuranın apardığı monitorinqlər zamanı fəaliyyətində peşə prinsiplərinin pozulmasının aşkarlanmadığı müəyyənləşdirildikdə;
- «Reket nəşr» elan olunan KİV-in MŞ-yə üzərindən «reket nəşr» adının götürülməsinə dair rəsmi müraciət ünvanlamasından, bunun üçün Təlimatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətindəki tövsiyyələrə əməl etməyə razılığını bildirdikdən sonra;
- KİV-in üzərindən «reket nəşr» adının götürülməsi prosedurunun həyata keçirilməsinə məlum nəşrin redaksiya kollektivi ilə əmək müqaviləsi bağladığını, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etdiyini sübut edən sənədləri MŞ-yə təqdim etdikdən sonra;
- Məlum nəşrin il ərzində ən azı 12 nömrəsi çıxdıqdan sonra.
Qrup üzvləri qərara aldılar ki, mövcud tələblərə əməl olunmayacağı təqdirdə heç bir nəşrin «qara siyahı»dan çıxarılması məsələsinə baxıla bilməz.
Modern.az