Daxili İşlər Nazirliyinin məlumatına görə, oğurluq etdiyinə görə martın 12-də Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən tutulmuş Natəvan Şamilovanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2012-ci ilin noyabr ayının 24-də 25 saylı xətt avtobusunda Bakı şəhər sakini Lalə Kərimovaya məxsus 1300 manat pulu, şəxsi sənəd və əşyaları oğurlaması da müəyyən edilib.