Qəzənfər Həmidoğlu
Ukrayna Silahlı Qüvvələri güman ki, avqustun ortalarına doğru, bəlkə daha tez və ya bir qədər gec, savaşın sonrakı gedişatı üçün hərbi-siyasi strateji dəyərə, mənəvi-simvolik anlama malik Xerson şəhərini Rusiya işğalçı qüvvələrinin əsarətindən qurtaracaq.
Ukrayna Ordusunun Xersonu geri alması Putinin Rusiyanın başını sadəcə hansısa avantüraya deyil, Kremlin sahibinin dili ilə desək, “əsrin ən yekə fəlakətin”ə soxduğunun növbəti təsbiti olacaq. Xerson itkisi, şübhəsiz ki, Putinin sonunu çatdırmayacaq, amma iştahını azaldacaq, hikkəsini xeyli söndürəcək və bəlkə bu savaşın Rusiyaya hansı fəlakətli son vəd etdiyini də görə bildi. Belə bir “finiş”ə nə Rusiya hərbi-siyasi elitası və zombiləşmiş cəmiyyəti, nə də Putin hazırdır.
Rusiya üçün belə fəlakətli situasiyadan ziyanın yarısından qayıtmaq anlamında iki çıxış var – biri Kreml elitasının, digəri Putinin özünün: ya hansısa mühafizəçi Kolyanı sərxoş etdirib qalstuku ilə şefi boğdururlar. Məsələn, imperator I Paveli mühafizəçisi Nikolay Zubovun “pyan qvardiyaçıları” şərflə boğub öldürmüşdülər. Ya da Kremlin sahibi qafasına bir güllə sıxır və tarixə düşür. Çünki Rusiya taixində hələlik intihar edən hökmdar olmayıb.
Bu variantı bilərəkdən və ya bilməyərəkdən Putinin özü də istisna etməyib: “Biz əzabkeşlər kimi cənnətə düşəcəyik, onlarsa gəbərəcəklər...”.