Modern.az

Rayonlararası Yer Quruluşu İdarəsinin işçiləri 4 aydır maaş ala bilmirlər

Rayonlararası Yer Quruluşu İdarəsinin işçiləri 4 aydır maaş ala bilmirlər

Ölkə

10 Mart 2010, 17:12

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Rayonlararası Yer Quruluşu İdarəsinin işçiləri Modern.az saytına bildirblər ki, onlar 4 aydır maaşlarını ala bilmirlər. Əməkhaqlarını ala bilməyən işçilərin adı çəkilən idarənin Gəncə, Şəmkir, Qazax şöbələrində çalışdıqları qeyd olunur. Adlarının çəkilməsindən ehtiyatlanan Rayonlararası Yer Quruluşu İdarəsinin işçiləri deyiblər ki, onlara həm də son iki ilin ezamiyyət xərcləri də ödənilməyib: “Bununla bağlı dəfələrlə müraciət etmişik. Söz verilmişdi ki, 2010-cu ilin əvvəlində həm maaşlarımızı, həm də ezamiyyət xərclərini ödəyəcəklər. Amma hələki bu baş verməyib”.   Modern.az məsələ ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə əlaqə saxlayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Eldar Sadıq saytımıza bildirib ki, Yer Quruluşu İdarəsi təəssərüfat hesablıdır. İşçilərin əmək haqqı dövlət tərəfindən ödənilmir. “Həmin müəssisənin işçiləri müəyyən təşkilatla müqavilə əsasında çalışırlar. Ola bilər ki, müqavilə bağlayan təşkilat onların əmək haqqını gecikdirsin. Ancaq bununla bağlı da bizə hər hansı müraciət daxil olmayıb”. Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!