Modern.az

Spiker Cakartada bir sıra görüşlər keçirib

Spiker Cakartada bir sıra görüşlər keçirib

7 Oktyabr 2022, 17:34

Milli Məclisin sədri Sahibə Qafarova İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən "Böyük iyirmilik" ölkələri parlament sədrlərinin 8-ci sammiti çərçivəsində bir sıra görüşlər keçirib.

 

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd edilib ki, Parlamentlərarası İttifaqın Prezidenti Duarte Paçeko, İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Puan Maharani, Avstraliya Nümayəndələr Palatasının spikeri Milton Dik, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratiuk və Kamboca parlament nümayəndə heyətinin rəhbəri Suos Yara ilə görüşlərdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti, təşkilatın qarşısında duran vəzifələr haqqında geniş məlumat verilib.

 

Görüşlərdə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq, parlament təşkilatları ilə əlaqələrin genişləndirilməsi mövzularında da fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?