Modern.az

Putin Ukraynada atəşkəs ELAN ETDİ 

Putin Ukraynada atəşkəs ELAN ETDİ 

5 Yanvar 2023, 19:18

Rusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.

 

Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi