Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın işi üzrə məhkəmə iclası təxirə salınıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, buna səbəb prosesdə şahid və təqsirləndirilən şəxslərin iştirak etməməsi olub.
Hakim növbəti iclasın nə vaxt keçiriləcəyini açıqlamayıb.
Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti və bir neçə başqa təqsirləndirilən şəxs, o cümlədən “Flash” şirkətinin sahibi Barseq Beqlaryan fermerlər üçün dövlət tərəfindən dizel yanacağı alışı zamanı səhlənkarlıq etməkdə ittiham olunurlar. Nəticədə dövlət büdcəsinə 1 milyon dollara yaxın ziyan dəydiyi iddia olunur.