Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin gələcək hədəflərindən danışıb.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu mövzuya "Hədəf-2053: Sıfır Emissiya" adlı tədbirdə çıxışı zamanı toxunub.
"Heç bir sahəni boş buraxmadan, siyasətdən iqtisadiyyata, sosial sahədən texnologiyaya bütün məsələlərdə zirvələri hədəfləyirik", - deyə o söyləyib.
"Gələcək planlarımızı bu qədər geniş, hədəflərimizin həddini bu dərəcədə yüksək qoymağımızın səbəbi yeni durğunluqlara dözümümüzün olmamasıdır", - deyə Ərdoğan əlavə edib.
Türkiyə prezidenti, həmçinin ölkəsinin texnoloji yeniliklər sferasındakı uğurlarını yüksək qiymətləndirib.