ABŞ-nin birinci xanımı Cill Bayden dəri xərçəngindən əməliyyat olunub.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin həkimi Kevin Okonnor açıqlama verib. Onun açıqlaması Ağ Ev tərəfindən tirajlanıb.
Bildirilib ki, Cill Bayden Merilend ştatındakı Uolter Rid Tibb Mərkəzində əməliyyat keçirib. Əməliyyat zamanı onun dərisində yaranan xərçəng toxumaları aradan qaldırılıb.
Həkim Kevin Okonnor qeyd edib ki, sağ gözün üstündəki xərçəng toxumasının çıxarılması əməliyyatı baş tutub. Onun sözlərinə görə, mütəxəssislər dərinin bu nahiyəsini daim nəzarətdə saxlayacaqlar.
Əməliyyatdan sonra Cill Bayden özünü yaxşı hiss edir.