Modern.az

“TikTok” 5 milyon avro CƏRİMƏLƏNDİ

“TikTok” 5 milyon avro CƏRİMƏLƏNDİ

Dünya

12 Yanvar 2023, 22:02

Fransa "TikTok" sosial şəbəkəsinin sahibi olan "ByteDance" şirkətini cərimələyib.

 

Modern.az xəbər verir ki, rəsmi Paris onlayn izləmə ilə əlaqəli çatışmazlıqlara görə şirkətə 5 milyon avro cərimə təyin edib.

 

Cərimənin "tiktok.com" vebsaytına aid olduğu bildirilib. Qeyd olunub ki, saytda ölkənin onlayn izləmə ilə əlaqəli qaydaları pozulub.

 

Qeyd edək ki, "TikTok" 2016-cı ildə yaradılıb. Video platformada təhlükəsizlik qaydaları ilə bağlı problemlər olduğu üçün bir sıra ölkələrdə qadağan edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et